“Aprelin 2-dən 14-ə qədər koronavirus artımı səbəbbindən məktəblər bağlanacaq. Dərslər online keçriləcək”.
Ötən gün sosial şəbəkələrdə yayılan bu məlumat hər kəsdə çaşqınlıq yaradıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmi atributu fonunda paylaşılan bu foto əvvəlcə məktəbliləri və valideynləri təəccübləndirib.
Yayılan bu xəbərlə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Lent.az-a açıqlama verib. O, məlumatın saxta olduğunu bildirib:
“Saxta məlumatdır. Əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar!”
скачать dle 12.1