Kürdəmir rayonunda daha üç məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.
”Report” xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin keçirdiyi tədbirlər nəticəsində rayonun üç məktəbində koronavirus infeksiyası aşkarlanıb.
Bu səbəbdən rayonun 1, 2 və 6 saylı orta məktəblərində əyani təhsil müvəqqəti olaraq dayandırılıb və distant təhsilə keçirilib.
Hazırda həmin məktəblərdə Kürdəmir rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılır.скачать dle 12.1