“Pandemiya dövründə distant, onlayn təhsil həyata hüquq qazandı. Dinc şəraitdə buna keçmək üçün azı 5 il vaxt lazımd idi. Pandemiya bizi müasir tələbə cavab vermək üçün elektron təhsilə keçiddə 5 il qabağa saldı.
Əgər dinc şəraitdə bunun yalnız Bakı şəhərində qismən keçidi 3-5 ilə mümkün ola bilərdisə, indi ən ucqar kənddə belə şagird, müəllim, valideyn bu prosesin tərkib hissəsinə könüll olaraq çevrildi”.
Bunu Cebhe.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov tədrisin onlayn təhsil sisteminə keçidi məsələsindən danışarkən deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası dövründə onlayn təhsil bütün dünyada təhsil sistemini iflas olmaqdan xilas edən yeganə və alternativsiz təhsil forması kimi özünü təsdiqlədi:
“Birmənalı şəkildə deyə bilərik ki, onlayn təhsil yeni və daha keyfiyyətli ali təhsil mərhələsinin başlanğıcı ola bilər. Onlayn ‬təhsil‭ ‬klassik‭ ‬‬təhsillə‭ ‬müqayisə‭ ‬olunmamalıdır.‭ O ‬tamamilə‭ ‬‬fərqli‭ ‬‬təhsildir. Burada tələbələrin, şagirdlərin qiymətləndirilməsi də tamamilə fərqli aparılmalıdır. Distant‭ təhsilə‭ keçid‭ ‬ ‭ ‬yalnız universitetlər, orta məktəblər, kolleclər ‬ ‭ ‬arasında‭ ‬deyil,‭ eləcə ‭də‭ ‬‬onların daxilində ciddi texnoloji rəqabəti gücləndirir.‭ ‬Bu‭ ‬rəqabət onlayn təhsil sisteminin yaradılmasını aktuallaşdırır”.
Ekspert bildirib ki, Azərbaycan təhsil‭ sisteminin ‭ potensial ‬gücü‭ ‬onun‭ ‬istifadə etdiyi‭ real gücdən ‭ ‬dəfələrlə çoxdur:
“Belə ki, Azərbaycandan kənarda, Amerika, Avropa, Asiya, Kanada və s. digər xarici nüfuzlu universitetlərdə çoxlu sayda tanınmış azərbaycanlılar‭ ‬fəaliyyət göstərir.‭ Həmin‭ ‬ ‭ ‬azərbaycanlıları‭ ‬‬yaşadıqları‭ ‬‬ölkədən Azərbaycanda‭ ‬ ‭distant‭ ‬ali‭ ‬təhsil‭ə ‬cəlb‭ ‬‬etməklə‭, ölkəmizin təhsil sistemini daha da güclü etmək ‬mümkündür.
Bununla həm də ‬dünya‭ ‬təhsil sistemində‭ baş ‭‬verən ‭ ‬müsbət ‭dəyişikliklər ölkə ‭ ‬təhsil‭ ‬‬sisteminə‭ ‬‬asanlıqla inteqrasiya oluna bilər. Onlayn təhsilin daha bir üstünlüyü isə şagirdlərin məktəb və müəllim seçimi imkanlarını genişləndirməsidir. Bu, həm də məktəblər və müəllimlər arasında rəqabəti gücləndirən təhsil formasıdır. Bizi yeni bir təhsil sisteminin, təhsil alma və təhsil vermə formasının gözlədiyi qaçılmazdır.
Hesab edirəm ki, bundan sonra onlayn təhsil orta məktəblərdə daha da genişlənəcək və ənənə halını alacaq. Bu Azərbaycan təhsilinin inkişafı, dünyaya inteqrasiyası üçün vacibdir”.скачать dle 12.1