Bakı Ali Neft Məktəbində (BANM) Müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.
Bu barədə “BAKİSESİ.com"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-ın professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Çıxış edən rektor Elmar Qasımov Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev “Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyərək Azərbaycan xalqının fədakar müəllimlərinə yüksək dəyər verib, bu hörməti və dəyəri qoruyub saxlamaq və yaşatmaq isə hamımızın borcudur. E.Qasımov həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BANM-ın müəllimlərinə olan diqqətindən danışıb. Rektor vurğulayıb ki, bu il Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə, ötən ay isə kafedranın professoru Fuad Vəliyev “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.
Daha sonra E.Qasımov Müəllimlər Günü və 70 illik yubileyi münasibətilə, eyni zamanda ölkəmizdə neftçi kadrların hazırlanmasında verdiyi töhfəyə görə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən təltif edilən BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakova “Fəxri neftçi” döş nişanını təqdim edib və ona pedaqoji fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə həmçinin təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri fərmanlarla təltif olunub. Belə ki, uzunmüddətli, peşəkar elmi-pedaqoji fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə professor Siyavuş Azakov, uzun müddətli, peşəkar elmi-pedaqoji fəaliyyətinə görə professor Fuad Vəliyev, professor Ziyafəddin Əsədov, Manafəddin Namazov, Erkin İbrahimov, Farad Kamyabi, Nailə Allahverdiyeva, Leyla Muradxanlı, Aziz Çankaya, Asif Qocayev, uzun illər yüksək əmək göstəricilərinə və peşəkar əmək fəaliyyətinə görə Zəfər Qurbanov, Oktay Məmmədov, Natiq Qurbanov, Könül Məhərrəmova və Şəhriyar Məmmədov Bakı Ali Neft Məktəbinin fəxri fərmanı ilə təltif ediliblər.
Tədbirdə həmçinin “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsində 2-ci yerə çıxan BANM tələbələri rektor Elmar Qasımov tərəfindən xüsusi mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.скачать dle 12.1