Belçika mənşəli amerikalı aktyor, döyüş sənəti ustası Jan Klod Van Damm “Facebook”da canlı yayım edib.
O, yayım zamanı pərəstişkarlarına maraqlı hərəkətlər sərgiləyərək, onları sağlam qalmaları üçün  idmanla məşğul olmağa səsləyib.
“Dostlarım, mən davamlı olaraq idmanla məşğul oluram. Siz də sağlam olmaq istəyirsinizsə,  gəlin bir yerdə məşq edək. Mən bu yaşımda bu cür bədən quruluşuna sahibəm, siz də bacararsınız ”,- deyə o, qeyd edib.
60 yaşlı aktyorun bu cür ideal bədənə sahib olması izləyicilərini heyrətləndirib. 
Qeyd edək ki, bir müddət əvvəl Qəbələ rayonunun Vəndam kəndində Jan Klod Van Dammın heykəli ucaldılıb.  Bununla bağlı aktyor "Facebook" səhifəsində paylaşım edərək Azərbaycana minnətdarlığını bildirmişdi.

Ölkə.Azскачать dle 12.1