Aprel döyüşləri zamanı şəhid olan baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlunun xatirəsinə büst qoyulub.
Onun büstünün açılışı anadan olduğu Kürdəmir şəhərində baş tutub.
İsmayılov Əbu Bəkr Vüqar oğlu 1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olub. O, 2 aprel 2016-cı ildə Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı Mi-24 hərbi helikopterinin ekipajı düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv edib və sonda Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə qəhrəmancasına şəhid olub. 
скачать dle 12.1