Qazaxıstan Sərhəd Xidməti Akademiyasının rəisi ölkədəki kütləvi iğtişaşlar zamanı öldürülüb.
Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Məlumata görə, təhsil müəssisəsinin kursantları iğtişaşlar zamanı hücum edənlərlə döyüşüb.
Sərhəd Xidmətinin Akademiyasının rəisi təhsil müəssisəsinin binasına basqın zamanı həlak olub.
Etirazçılar binanı ələ keçirməyə cəhd ediblər, təhsil müəssisəsinin kursantları onlarla dava edib. Kursantlara Akademiya rəisi rəhbərlik edirmiş. (modern.az)
скачать dle 12.1