"İyulun 24-ü "Goy Göl Resort" otelə getməyi qərarlaşdırdım". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Saleh Həsənov adlı istifadəçi giley edir.


Daha sonra narazı vətəndaş yazır: "Otel Göygöl parkının daxilində yerləşir (giriş adambaşı 2 AZN). Gəncədən təxminən 45 km-dir.
Əvvəlcədən zəng edib rezerv etmişdim (bazar günü extra bed ilə 100 AZN)
Otel ərazisinə çatanda receptionda növbə olduğunu görüb restorana getdim ki növbə bitsin. Restoranda yeməklər baha və yarıçiy idi. saat 3də receptiona gələndə ödənişi alıb bir az gözlədib kottecə yönləndirdilər. əsas problemlər burda başladı. Kottec soyuq, heç bir təminat yox (sabun, tapıçka və s.) dərəcəsində. irad tutanda dedilər ki 1-2 saata gətirəcəklər verərik. Extra bed niyə yoxdur sualına da eyni cavab verdilər: olacaq amma bir az gec... yataq ağları əvvəlki gündən dəyişilməmişdi (üstündə bədən tükləri gözlə görünürdü). İrad bildirəndə başladılar ki, bəs işçimiz azdır, çatdırmırıq. dedim istəmirəm otağı qalmıram və gedirəm. Receptionda dedilər ki pul geri qaytarılmır. Səbəb isə yeri rezerv etməyimizdir. Nəsə ki menecer deyilən şəxs gəldi... O da başladı ki, bəs rezerv etmisiniz, yerimizi tutmusunuz və s. İzah edəndə ki Sizin günahdır, dedi başqa otaq təklif edək. Sırf yataqların natəmizliyinə görə qəbul etmədim. bu dəfə isə 15% komissiya tutulmaqla pulu geri qaytardılar zülmlə.
Uzun oldu amma burda qalmağı qətiyyən heç kəsə tövsiyə etmirəm. Bir daha gedərəmmi? ƏSLA!!!"
скачать dle 12.1