Meyxanaçı Mahir Cürətin vəziyyəti ağırdır.
OLAY yazır ki, bu barədə Baku TV onun evindən süjet hazırlayıb. Aparıcı Arzu Kəlbi  bildirib ki, söz ustadının maddi durumu da yaxşı deyil, həkimlər ayağının amputasiya oluna biləcəyini və artıq çürüyüb. Meyxanaçı isə səhhəti ilə bağlı bunları söyləyib:
“Ayaqlarım əziyyət verir. Həmişə belə olub. Mən özümü itirmişəm, o Mahiri tapa bilmirəm. Meyxana məni məhv etdi. Çox şeylərin qarşısını kəsdi. Televiziyadakı yarışdan sonra çox tanındım, yolda getmək olmurdu, bir aya 100 toy təklifi gəlirdi. Mən elmin dalınca gedə bilmədim. Pis vərdişlərə də meyxanadan sonra qurşandım. Bir də ayılırsan ki, mən nə etdim? Mən altı qızın içində böyümüşəm, elə şeylərdən uzaq idim, atam asardı məni, saat 10-da evdə olmalı idin. Mən ayıldım, dedim bizlik deyil. Gördüm ki, divara çıxıram, barmağımı dişlədim ki, oyuna düşmüşəm. O gündən indiyə qədər mübarizə aparıram ki, uzaq olum. Yəqin ki, ayaqlarım da ondan oldu, qanım zəhərləndi”.

скачать dle 12.1