Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi üstünlük təşkil edəcək.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13° isti, aran rayonlarında 13°-dək isti, dağlıq rayonlarda 2°- şaxtadan 3°-dək isti olacaq.
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-i
Hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
Yanvarın 1-də

Havanın yağmursuz olacağı gözlənilir.
Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Yanvarın 2-də
Hava şəraiti əsasən yağmursuz keçəcək.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq.
Yanvarın 3-də
Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-13° isti olacaq.
Yanvarın 4-də
Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-14° isti olacaq.
Azərbaycanın rayonlarında
31 dekabr-4 yanvar tarixlərində
Hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
скачать dle 12.1