Son vaxtlar fındıqçılıqla məşğul olan rayonlarda məhsuldarlığı az olması ilə bağlı xəbərlər yayılmaqdadır. Bu il isə Xaçmaz rayonu ərazisində salınan fındıq bağlarında yığımın həcmi kəskin azalması müşahidə olunur. Bundan narazı qalan Xaçmaz fermerləri çarəsi vəziyyətdə qalıblar.
Məhsulun aşağı düşməsi isə daxili bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Araşdırmar zamanı aydın oldu ki, əvvəllər 1 kiloqramı 3-3.5 manatdan satılan fındıq son günlər 4-5 manat arasında dəyişir. Bəzi ekspertlər isə bu dəyərin daha da yüksələcəyini iddia edirlər.
Mövzu ilə bağlı sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Saleh Məmmədov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı və qiymətləri ilə bağlı xaotik vəziyyət hökm sürür.
Bunun səbəbini tənzimləmənin olmaması ilə əlaqələndirən sabiq nazir qeyd edib ki, heç bir stimullaşdırıcı və ya məhdudlaşdırıcı tədbir görülmür:
“Azərbaycanda bazar iqtisadiyyatı hökm sürdüyü üçün sahibkar hansı məhsul daha baha satılırsa, onun emalı, əkini və istehsalı məşğul olmağa başlayır. Bunu tənzimləyən və nəzarət edən bir qurum olmalıdır ki, bütün proseslərə nəzarəti ələ alsın”.
Bir neçə il əvvəl fındığın qiymətinin qəfildən aşağı düşdüyünü xatırladan S.Məmmədov bildirib ki, buna görə də sonrakı illərdə heç kim fındıq əkmədi:
“Bu da bağların azalmasına və qiymətlərin kəskin bahalaşmasına səbəb oldu. Bu il də fındığın ciddi şəkildə bahalaşacağı gözlənilir. Ona görə ki, hazırda beynəlxalq bazarda məhsula ciddi ehtiyac var. Belə ki, məhsul yığıma başlamamışdan əvvəl bəzi ölkələrdən, əsasən də Türkiyədən, İtaliyadan və bir neçə Avropa ölkəsindən şirkətlərin nümayəndələri Azərbaycana gəlir, ödənişini bəribaşdan ödədikdən sonra məhsulu bağlardan toplayır və mənsub olduqları ölkələrə göndərirlər. Buna görə də ölkəmizdə qıtlıq yaranır və bu da qiymətlərə mənfi təsir edir. Bu il də eyni proses baş verməkdədir”.
Azərbaycanda da bu təcrübənin tətbiqinə ciddi ehtiyacın olduğunu söyləyən eks-nazir qeyd edib ki, əgər fındıq istehsalçısı öz məhsulunu bazarda kəskin ucuzlaşma olduğu üçün sata bilmirsə, dövlətə müraciət etməlidir:
“Dövlət də bir qədər yüksək qiymət təyin etməli və sahibkarın ödənişini etdikdən sonra məhsulu bazardan yığmalıdır. Çünki, qiymətin kəskin düşməsi, fermerin müflis olması deməkdir”.
Onun sözlərinə görə, bütün sahələrdə olduğu kimi fındıqçılıqda və meyvəçiliyin digər sahələrində süni intellekt proqramının tətbiqinə ciddi ehtiyac var:
“Kim hansı məhsulu yetişdirirsə, həcmi və sahəsi nədirsə, hamısı əvvəlcədə planlaşdrılmalı və proqramda əks olunmalıdır. Plandan kənara çıxmaq istəyənlərə isə xəbərdarlıq edilməlidir. Əgər belə olarsa, əkinçilik stimullaşdırılacaq və kimin hansı məhsulu yetişdirmək istədiyi bəlli olacaq ki, bu da qiymətlərə təsir edəcək”.
Beynəlxalq təcrübəyə istinad edən müsahibimiz qeyd etdi ki, İsrail, Cənubi Koreya, bəzi Avropa ölkələri, xüsusilə də Niderland bu prosesləri çox yüksək səviyyədə tənzimləyirlər:
“Belə ölkələrdə kənd təsərrüfatına böyük dotasiya və subsidiyalarla ayrılır. Məsələn, İsraildə ayrılan vəsaitin 80 faizi elmi-tədqiqatlara gedir. Yeni məhsulların yetişdirilməsi, müasir texnoloji vasitələrin alınması və s. işlərə sərf olunur. Hətta əkinçiliyə, ümumiyyətlə, aqrar sahənin inkişafına dəstək vermək üçün əlavə maliyyə vəsaitləri ayırmaqla dəstək verirlər.
Hər bir bir ölkədə hansısa məhsula maraq oyatmaq üçün əvvəlcədən müəyyən qiymət təyin olunur və bəyan olunur ki, dövlət məhsulu həmin qiymətə alacaq. Fermer öz məhsulunu qoyduğu qiymət əsasında satışa çıxarır. Əgər sata bilməsə, dövlətə müraciət edir”.
Fındıq daha da bahalaşacaq – BƏDBİN PROQNOZ
19
sentyabr
13:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanda bu qanunlar ləğv ediləcək
- Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
- Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
- Avtobuslarda cibgirlik edənlər tutuldu
- Putin Ermənistana gedir?
- Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub
- Stoltenberq Ukraynaya getdi
- Yeni doğulan körpəni zibilliyə atdılar
- Çin istehsalı olan adapter yandı, ata və qızı öldü
- Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək
- Qadının intiharına görə tanışı tutuldu
- Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi– Rəsmi qurumlar nə deyir?
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
- Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Zənginlik potensialı ən yüksək olan BÜRCLƏR
- Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır
- Şuşada traktor MİNAYA DÜŞDÜ
- Şuşadan götürülən tankı Albert belə məhv etmişdi
- Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
- Qız üstündə DAVA: Ölənlər var
- Prezident iclasın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
- Koronavirusun yeni ştamı sərhədimizə çatdı - 9 nəfər yoluxdu
- Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək
- Xocalıda erməni təxribatının qarşısı alındı
- Baş nazirdən iki xəstəliklə bağlı qərar
- Gənc qızlar bir-birini qucaqlayaraq 15-ci mərtəbədən atıldılar
- Qonaq getdiyi evdə 7 yaşlı oğlunun boğazını kəsdi
- Putin Paşinyanın zəngini cavabsız qoyub
- Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?