BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün fikirləri tərəfimizdən qeydə alındı.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki vəziyyətlə əlaqədar şərhi ilə bağlı yerli medianın sualına cavabında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq anti-terror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib.
“Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub.
Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə məruz qalan azərbaycanlıların öz hüquqlarından məhrum olmasına baxmayaraq, Azərbaycan öz ərazisində olan bütün etnik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sadiq olub. Azərbaycan rəhbərliyi bunu dəfələrlə şifahi şəkildə bəyan edib.
Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qorumağa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqlarını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən anti-terror tədbirləri həyata keçirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün köməklik göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həssaslığı müşahidə etmirik.
Ümid edirik ki, ali komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək.
Biz həmçinin, Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl etməklə, bu ölkənin indiki ərazisindən kütləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onların öz evlərinə qayıtmaq hüquqlarını təmin etmək üçün dialoqa şərait yaradacağına ümid edirik”, - XİN rəsmisi qeyd edib.
"Azərbaycan hər zaman mülki əhalinin qorunmasına sadiq olub" - Ayxan Hacızadə
27
sentyabr
13:25

Qarabağ
KOMMENTLƏR
- “Cənubi Qafqazı “ukraynalaşdırmağa” çalışırlar” – Elman Nəsirov
- Blinken Hakan Fidanla Qəzzanı müzakirə edib - YENİLƏNİB
- İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası Türkiyəyə F-35-lərin verilməsindən asılıdır
- Rusiyada keramikalı zirehli jiletin yaradıcısı ölüb
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Narahatedici vəziyyət: Bu virus ilk dəfə bir insanda tapıldı
- Simonyan: Vaxt gələcək ki, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq
- Sabah üç rayonda qaz olmayacaq
- Çində daş kömür şaxtasında qəza olub, ölənlər var
- Falçı Afaq...
- Argentinanın yeni prezidenti dinini dəyişir
- Hakan Fidan Brüsseldə Stoltenberqlə görüşüb
- Ağalı kəndində həyat canlanır - VİDEO
- İsveçrə Prezidenti Ukraynaya gəldi
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Fransa liqasında yenilik
- Papa Fransisk: Heç bir müharibə insan itkisinə dəyməz
- İtaliyada leysan yağışları və daşqınlar fəsadlar törədib
- Gürcüstan DTX insan alveri və terrorla əlaqəsi olan iki xarici vətəndaşı saxlayıb
- "Azərbaycan UNESKO-nun mandatının səmərəli həyata keçirilməsinə töhfə verir" - XİN
- Yaş yarımlıq qızı "Ural" əzib öldürdü - ürəyi zəif olanlar baxmasın - VİDEO
- Türkiyə Prezidenti: İsveç PPK-ya qarşı heç bir addım atmayıb
- Azərbaycan XİN Polşanı təbrik edib
- Ərdoğan: Qarabağ uğrunda müharibədə göstərdiyimiz həmrəylik birliyimizin ən böyük sübutu oldu
- Keçmiş prezident həbsxanadan qaçırıldı
- İtaliyada binada partlayış: biri ağır olmaqla, 31 nəfər xəsarət alıb