Qarabağı tərk edərək Ermənistana yollanan erməni əsilli vətəndaşlar yolda problemlə üzləşib. Xankəndi-Gorus yolunun bir hissəsində asfalt örtüyü çöküb. Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib. Həmin yoldan minlərlə erməni əsilli vətəndaşın istifadə etməsi böyük tıxacın yaranmasına da səbəb olub.