İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA-nı ələ keçirib.
Bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində, Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adlı təlimlər zamanı İranın hava hücumundan müdafiə zonasına daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nı ələ keçirib.
İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.
Qeyd olunub ki, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.
скачать dle 12.1