Qazaxıstan hökumətinin yeni tərkibdə ilk iclası yanvarın 12-də keçiriləcək.
Bu barədə məlumatı Baş nazir Əlixan Smailovun mətbuat xidməti məlumat yayıb.
İclasda Prezident Kasım-Jomart Tokayevin parlamentdə çıxışı zamanı elan etdiyi islahatlar proqramı və ölkədəki sanitar-epidemioloji vəziyyət müzakirə olunacaq.
Hökumətin iclası televiziya vasitəsilə canlı yayımlanacaq.скачать dle 12.1