"Music Sessions Vol. 53" adlı mahnı dünyada ən çox dinlənilən musiqilərdən biridir.
Belə ki, Şakira bu mahnısı ilə "Spotify" platformasında bir gündə ən çox dinlənilən latın mahnı, bir gün içində "YouTube"da ən çox izlənilən ispan musiqi klipi və daha bir çox rekorda imza atmağı bacarıb.
Xatırladaq ki, mahnının sözlərində J.Pikeyə ünvanlanan "Sənə geri dönməyəcəyəm, mənim üçün ağlama, ya da yalvarma", "Sənin bullinqlərinin mənim səhvimin olmadığını anladım", "Sadəcə mahnı hazırlayıram, bu, səni narahat edirsə, üzrlü say" və s. kimi cümlələr işlədilir.
Qeyd edək ki, 46 yaşlı Şakiraya xəyanət edən, iki oğul atası 36 yaşlı Jerar Pikenin sevgilisi Klara Çia ilə evlənməyə hazırlaşdığı bildirilir.
