Keçmiş “Hepsi” qrupunun üzvü Cemre Kemer illər sonra yeni etiraflar edib.
Danla Bilicin youtube layihəsinə qonaq olan sənətçi Gülçin Erbillə bir vaxt yaşadıqları qalmaqalın əsl səbəbini açıqlayıb.
Cemre deyib ki, birgə çalışdıqları şirkət Gülçinin qrupdan evlənib Dubaya getdiyi üçün ayrıldığını söyləyib. 
Bu yalan məlumatı o, jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Bundan sonra yayılan dezinformasiya Gülçinin karyerasına mənfi təsir göstərib.
Cemre söyləyib ki, sözügedən şirkət həm də onların pullarını ödəməyib:
“Bizim ödənişimizi də etmədilər. Tam məbləğ açıqlamayım. Amma indinin pulu ilə iki dəniz mənzərəli ev almaq olardı”. 
Danla isə Cemrenin nəzərdə tutduğu tipli mənzillərin hazırda birinin 25 milyon lirə olduğunu, yəni şirkətin ümumilikdə qızların 50 milyon lirəsini (təxminən 4 milyon manat) mənimsədiyini söyləyib. 
 
скачать dle 12.1