Moskvada ata və qızı adapterin alışması nəticəsində tüstüdən zəhərlənərək ölüb.
Rusiya mediası xəbər verir ki, hadisə Roşal qəsəbəsində baş verib.
Çin istehsalı olan adapterə infraqırmızı qızdırıcının qoşulması səbəbindən başlayan yanğında ata və qızı tüstüdən boğulub.
Yanğın söndürülüb və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib. İlkin versiyaya görə, adapter enerjinin gücünə tab gətirə bilməyib və alışma yaranıb.
Araşdırma aparılır.скачать dle 12.1