Türkiyədə dələduzluq edən azərbaycanlılar saxlanılıb.
Yerli media bildirir ki, Muğla şəhər sakini olan Alican. Y élan saytından mobil telefon almaq istədiyini və 9 min lirə (təxminən 823 manat) pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.
Daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Məlum olub ki, azərbaycanlı G.B və J.S başqa 2 nəfərlə əlbir olaraq, 44 fakt üzrə 2 milyon lirəlik (təxminən 183 min manat) dələduzluq ediblər.
Şübhəlilərin Mersin şəhərində olduğunu öyrənən polislər burada 3 məkanda əməliyyat keçiriblər.
Axtarışlar zamanı 10 bank kartı, 2 noutbuk, 6 mobil telefon, 9 sim kart, hesabların qeyd olunduğu gündəlik və electron bankçılıq hesabındakı 238 min lirə (təxminən 21 min 777 manat) ələ keçirilib.
Polis əməkdaşları tərəfindən azərbaycanlı G.B və J.S saxlanılaraq, istintaqa təhvil verilib. Digər iki nəfər isə sərbəst buraxılıb.

скачать dle 12.1