FETÖ terror təşkilatına üzv olmaqda ittiham edildiyi üçün Türkiyədən Amerikaya qaçan məşhur futbolçu Hakan Şükürdən xəbər var. 
Milli.Az xəbər verir ki, bir zamanların ən məşhur hücumçularından hesab edilən H.Şükür dünyaca məşhur azərbaycanlı MMA döyüşçüsü Hüseyn Əliyevlə birgə görtüntülənib. Hər iki məşhur Kaliforniya ştatının Los Altos şəhərində bir araya gəliblər. Onlar idman meydançasında məşq edərkən qarşılaşıblar. 

Bu da iki məşhurun sözügedən görüntüsü:
Qeyd edək ki, Türkiyə məhkəməsinin qərarı ilə FETÖ terror təşkilatına maliyyə yardımı göstərməkdə təqsirli bilinərək, haqqında həbs cəzası verilən və bütün əmlakı müsadirə edilən Hakan Şükür ABŞ-da taksi sürücüsü kimi fəaliyyət göstərir.

скачать dle 12.1