Londonun "Vest Hem" klubu gələn mövsüm üçün komandanın baş məşqçisi Devid Moyesi saxlamağa meyllidir. 
Bu barədə “The Guardian“ xəbər verir.
Mənbənin sözlərinə görə, “Vest Hem” 60 yaşlı şotlandiyalı mütəxəssisi qovmaq və bu yay ona əvəzləyici axtarmaq fikrində deyil. London klubu bu mövsüm İngiltərə Premyer liqasında gözlənilənlərin əksinə olaraq çox zəif çıxış edib. 
Eyni zamanda, ötən yay klub sahibləri Moyesə komandanın heyətini gücləndirmək üçün külli miqdarda vəsait yatırıblar. Eyni zamanda, London klubu İtaliyanın “Fiorentina”sı ilə oynayacağı Konfrans Liqasının finalına yüksəlib və son həftələrdə London klubu bir neçə parlaq və məhsuldar görüş keçirərək, aşağı liqaya düşməkdən sığortalanıb.
Bu, şotlandiyalı mütəxəssisii vəzifəsində saxlamağa və transfer bazarında onu dəstəkləməyə meylli olan sahiblərin dəstəyini almağa imkan verib.
Daha əvvəl bildirilmişdi ki, “Vest Hem” baş məşqçi postu üçün Paulo Fonseka, Brendan Rocers, Qrem Potter, Marka Silva və Anqe Postekoğlunun namizədliklərini nəzərdən keçirir.скачать dle 12.1