MADO-da iftar açmağın qiyməti 19 manat 50 qəpikdir.


Vaxtilə Azərbaycanda  Qafqaz Universiteti var idi. Və xeyli sayda tələbə-müəllim-alim cəlb etmişdi. 
Sonra Fətullah Gülən söhbətinə  görə, ləğv edildi. 
Yaxşı, Fətullah Gülənlə bağlı  Qafqaz Universiteti bağlanırsa, niyə onun adı ilə bağlı restoranlar, banklar, otellər bağlanmır ?
Məsələn, Ziraat bank niyə bağlanmır ?
Deyərsiniz ki,  bank  söhbəti bir az qəlizdir. 
Bəs restoranlar şəbəkəsi kimi fəaliyyət göstərən və ayda milyonlarla dövriyyəsi olan şəbəkə necə fəaliyyət göstərir ? 
Universitet vacibdir, yoxsa  restoranlar şəbəkəsi ? 
Məlumat  üçün qeyd edək ki, MADO  restoranlar şəbəkəsi  Azərbaycanda 2010-cu ildən fəaliyyət göstərir.
Mediada yayılan məlumatlardan bəlli olur ki, bu restoran əcnəbi müştərilərə  xoş sifət göstərir, mədəni davranır, bizim yerli müştərilərə isə hörmətsiz yanaşır, kobud davranır. 
Adama deyərlər, ayə Fətullah, gəmidə oturub gəmiçiyə hörmətsiz yanaşırsan ? 
MADO şəhərin mərkəzindəki əsas məkanları zəbt edib. 
Görəsən MADO hər ay nə qədər vergi ödəyir ? 
MADO-nun Azərbaycandakı dostlarından biri də vaxtı ilə Prezident Administrasiyasında çalışan  şəxs olub. 
Digər problem odur ki, son günlər MADO-da müştərilərdən  soruşurlar ki, iftara gəlmisən , yoxsa..? 
Adama deyərlər nə fərqi, iftara gəlib, yoxsa bir çaynik çay içməyə ?
 Axı, sənin üçün nə fərqi ?
Sözün qısası, MADO dini  sektaya üstünlük verir. 
Burada iftarın  qiyməti  1 nəfərə  19 manat 50 qəpikdir. 
 Əgər pulun azdırsa, otura bilməzsən. 
Ayy adam, bəlkə mən 10 manatla iftar açmaq istəyirəm ? 
Əlavə şərhə ehtiyac varmı ? /Gundelik-baku.com/скачать dle 12.1