Baş  bankir  Elman Rüstəmovun  yüz milyonluq XƏLƏTLƏRİ..

Cıdır meydanının yanındakı binada  baş  bankiri necə… 


Yaşlı nəslin yaxşı yadında olar. Toylarda belə bir mahnı oxunardı...
Göydə bir ulduz var, adı Talıbdı,
Filankəsdə XƏLƏTİMİZ  qalıbdı...
Bəli, Mərkəzi Bankın  rəhbəri  Elman Rüstəmov üçün bu dünyada  hər şey XƏLƏT  deməkdir.  
Təsəvvür edirsiniz, Elman Rüstəmov Bakıda tikilən hər göydələndən özü üçün XƏLƏT alır. 
XƏLƏT də nə olsa yaxşıdır. 
Hər tikilən binada  BİR MƏRTƏBƏ XƏLƏT...
Bəli, bunu tam məsuliyyətimizlə deyirik. 
Neçə-neçə bank rəhbəri  Mərkəzi Bankdan milyonlarla pul götürüb göydələn tikəndə  Elman Rüstəmova  BİR MƏRTƏBƏ XƏLƏT VERİRDİ. 
Elman  Rüstəmov belə xələtlərin hesabına bu gün Londonda, Çexiyada yüz milyonlarla  ölçülən biznesə sahib olub. 
İllər öncə baş bankir bir məsələyə görə, elə ilişmişdi ki...
Özü də  necə. Yəqin ki, Elman Rüstəmov  Cıdır meydanı ilə üzbəüz  binada baş  verənləri  hələ də unutmayıb...
Sonradan  bu məsələ xeyli xərclə yoluna qoyuldu. 
Ümumiyyətlə, 90-cı illərdə Eman Rüstəmovun Moskvadan Azadlıq meydanına göndərdiyi “qutu”ların  sirri açılmır, həmin “qutu”larda  nəyin olduğu hələ də sirr olaraq qalır.
Çoxları hələ də başa düşmür ki, 1992-ci ildə  prezident Əbülfəz Elçibəy nə üçün  Elman Rüstəmovu birdən birə  Milli Bank sədrinə 1-ci müavin təyin etdi ? 
Nə isə, əsas mövzudan yayınmayaq. 
Deməli, yuxarıdakı toy mahnısında  Talıbın adını əbəs yerə çəkmədik.  
Bəli, Elman Rüstəmov  öz biznesini  bibisi oğlu  Talıb Quliyevə havalə edib. 
Talıb Quliyev Elman  Rüstəmovun Bakı şəhərindəki şadlıq evi biznesini  idarə edir. 
Mediada  gedən xəbərlərdən bəllidir ki, bir müddət əvvəl  “Planet”  şadlıq sarayının ətrafda yaşayan sakinlər üçün problem yaratması ciddi müzakirə mövzusu olmuşdur. Ondan az müddət sonra isə  Nizami rayonu ərazisində “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən yaşıllıqların məhv edilməsi gündəmə gəlmişdi. 
Həmin vaxt  bəlli  oldu ki, “ Karvan-K” şirkəti  “Planet” şadlıq sarayının mülkiyyətçisidir  və şadlıq sarayı baş bankirə məxsusdur. Hətta deyilənə görə, PLANET-in baş hərfləri  Elman Rüstəmovun  ailə üzvlərinin  adlarının baş  hərfləridir. 
Yaşıllıqların qırılması  məsələsi Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldı. Amma...
Amması odur ki, araşdırma nəticəsində iş icraçısı və fəhlələr məsuliyyətə cəlb olunsa da əsas günahkar kənarda qaldı. 
Söhbət hadisə yerində iştirak edən, hətta Ekologiya Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq edən Talıb Quliyevdən gedir. 
Təsəvvür edirsiniz, nazirliyin əməkdaşlarına hədə-qorxu gələn, “Mən tapşırmışam ağacları qırıblar, nə deyə bilərsiniz”  deyən Talıb Quliyev  barəsində heç bir qurum tədbir görə bilmədi. 
Bəli, Baş bankirin  bibisi oğlu olan Talıb Quliyev həm də Elman Rüstəmovun biznesini idarə edir. Əslində Planet şadlıq sarayı da, “Karvan-K” şirkəti də Elman Rüstəmova məxsusdur. 
Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur. O, həm də neçə illərdir ki, Azərbaycanda ən bahalı  tenderləri  udur. Sözün həqiqi mənasında udur. 
Talıb Quliyevin Azərsu-nun başına açdığı oyunlar heç bir əndazəyə sığmır. 
Belə ki, Talıb Quliyevin  Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan  avadanlıqlar  hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. 
İndi həmin rayonlarda  kanalizasiya xətlərinin yanından keçəndə üfunətdən baş  çatlayır  və hamı Talıbı söyür. 
Əlbəttə, Talıb kimdir ki, bu boyda tenderləri uda bilsin. Bu  şəraiti yaradan  Talıbın dayısı oğlu Elman Rüstəmovdur. Konkret olaraq Elman Rüstəmov dövlət qurumlarına təzyiq  edərək  tender müsabiqəsini  bibisi oğlunun  xeyrinə həll edir. Əlbəttə, havayı yox. Qazanılan milyonlar qohumlar arasında bölünür. 
Təsadüfi deyil ki,  Talıb Quliyev qazandığı milyonlar hesabına Nizami rayonu ərazisindəki 2 mərtəbəli evləri satın alaraq göydələnlər tikdirir. Hətta binalardan biri yolun ortasında, Planetin yanında  tikilib. 
Talıb Quliyevin əməlləri bununla bitmir. 
Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı  Adil  Vəliyevlə  sövdələşərək   Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini  hasara alıb, hətta özünə villa da tikdirib. 
Talıb da başqa oliqarxlar kimi  bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları  Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır. 
Talıb Quliyev bəzi məcəralarda qohumu Elman Rüstəmovdan geri qalmır. 
Təsəvvür edirsiniz,  bu adam  cavan qızlara  15-20 min dollar  pul xərcləyir. Hətta müğənni  xanımların  kreditini bağlayır, onların evlərini  təmir etdirir. 
Adamdan soruşarlar ki,  ay  Talıb, bu pulları necə və hansı yolla qazanmısan ? 
Talıbın  ağstafalı ana-bala ilə macəraları isə  heç bir əndazəyə sığmır. /Gundelik-baku.com/скачать dle 12.1