Zəngilan Rayon Məhkəməsinin sədri Gülsarə Kerimovna İmanovanın barəsində yazmaq bizim üçün sözün həqiqi mənasında işgəncə kimi bir şeydir.
Niyə..? 
Birincisi, Gülsarə Kerimovna insan kimi, subyekt kimi bizim üçün çox maraqsızdır. Bu adamı tanıyanlar da bilir ki, çox primitiv və bəsit  birisidir. 
İkincisi,  bu şəxs nəinki məhkəmə hakimi, məhkəmə sədri, hətta  hüquq kantorunda çalışmağa qabiliyyəti və savadı olmayan biridir. 
Üçüncüsü, bu adam bizim dövlət dilini bilmədiyi halda insanların mübahisələrini necə həll edə bilər ?
Axı,  qarşındakı insanların dilini bilməlisən ki, kimin haqlı, kimin haqsız olduğunu çözə biləsən..
Belə olan halda bizdən soruşa bilərlər ki, bu qədər maraqsız və bəsit adam haqqında niyə təkrar-təkrar yazırdınız..? 
Bu suala aydınlıq gətirək. 
Əziz həmvətənlər, böyük Mirzə Cəlil deyirdi ki, sözünüzü o kəslərə deyin ki, SİZİ EŞİTMİRLƏR..
Məsələnin mahiyyəti budur. 
Orta Asiyadan gəlib ocağımızın başında oturan, hətta Rayon Məhkəməsinin Sədri olan bu adama  dəfələrlə suallar ünvanlayırıq, suallara aydınlıq gətirməsini tələb edirik, bu adam isə susur, cavab vermək istəmir...
İndi nə edək, biz də susaq..?
Bəs onda dövlətimizin maraqlarını kimlər qoruyacaq ? 
Axı, biz bir media olaraq Gülsarə Kerimovnadan nə istəyirik ?
Soruşuruq ki, müstəqil Türkmənistan dövlətinin vətəndaşı olaraq  gecənin birində Bakıya gəlib, Suraxanı məhkəməsində necə hakim oldun ? 
Bir müddət  sonra hansı yolla Zəngilan rayon Məhkəməsinin sədri oldun ? 
Adam, sən bu millətin dilini bilmirsən axı...
Dili bir kənara qoyaq. Axı, sən xarici ölkənin vətəndaşısan. Üstəlik doğma ölkən Türkmənistanda hansı cinayət əməllərini törətməyin barədə məlumatlar var. 
Daxil olan məlumatlardan bəlli olur ki, Gülsarə Kerimovna PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina xanımın rəfiqəsidir. 
Axı, buna görə dövlətin əsas qanununu ayaq altına atmağa dəyərdimi ? 
Bütün bunlar  azmış kimi, Gülsarə Kerimovna hakim adına yaraşmayan hərəkətlər edir, məhkəməyə krassovkada  gəlir, məclislərdə LAMBADA oynayır...
Bu da azmış kimi məhkəmə zalında oturanlara qarşı  yolverilməz hərəkətlər edir, açıq-saçıq geyinib zalda oturanları narahat edir... və daha nələr..
Ümumiyyətlə, Gülsarə Kerimovna Ramiz Mehdiyevin Azərbaycan məhkəmə sisteminə pərçim elədiyi tək biri deyil..
Sumqayıt  Apelyasiya  Məhkəməsinin sədri  Tofiq Paşayev də Orta Asiyadan, daha dəqiq desək, Qazaxstandan gəlib.
Yeri gəlmişkən, Tofiq Paşayev 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 
Və  1988 – 1992-ci illərdə Qazaxıstanın Baş Prokurorluğunda kriminalist, 1992 – 1993-cü illərdə  Qazaxıstanın Aktau Şəhər Prokurorluğunun baş müstəntiqi işləyib.  Axı, tələbə olan Tofiq Paşayev necə  kriminalist, müstəntiq işləyə bilərdi ?
Bəli,  Tofiq  Paşayev  Qazaxıstan  Ədliyyə Nazirinin kürəkənidir. 
Məgər Qalinanın rəfiqəsi, “Türkmənbaşının kürəkəni”  olmaq  hər şey deməkdir ? 
Sözün qısası, məhkəmə sistemimiz  Ramiz Mehdiyevin əli ilə sanki fəlakətə sürüklənib. 
Amma deyəsən ümid yeri var...
Belə ki, Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına  pərçim  elədiyi qohumu, polkovnik  Levan Qurskayanın vəzifəsindən qovulması ilə cəmiyyətdə bir ümid yaranıb ki, yaxın zamanda Gülsarə Kerimovna da gedəcək. Onun dalınca isə Ramiz Mehdiyevin  daha bir kadrı Tofiq Paşayevdən canımız qurtaracaq. 
Bax, onda Gülsarədən daha yazmayacağıq... /Gundelik-baku.com/


скачать dle 12.1