Hüseyn Səfərov kimi hakimlərin çıxardığı qərar və qətnamələr dünyanın harasında olsa  Azərbaycana baş ucalığı gətirir..

Hakim vəzifəsi  bütün zamanlarda  cəmiyyətdə çox böyük hörmət və ehtirama layiq görülüb. 
Əbəs yerə deyil ki, hakim sözü  HÖKM edən sözündəndir və  Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən addır.
Kimlərsə öz şəxsi marağına, yaxud başqa səbəbdən bu ada, bu şərəfə layiq olmaya bilər. Hətta bəzi hakimlər insan talehini həll etdiyini düşünmür. 
Amma şükür ki, məhkəmə hakimlərimiz arasında şərəfli HAKİM adına layiq olanlar da az deyil. 
Belələrindən biri, bəlkə də birincisi, indi haqqında bəhs edəcəyimiz   Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovdur. 
Hüseyn müəllim gözəl və mənalı bir ömür yolu keçib, xeyli müddət məhkəmə sistemində çalışıb, 2010-2015-ci illərdə  Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub. 2015 –ci ildən isə Bakı Şəhəri  Yasamal Rayon Məhkəməsinin hakimidir. 
Dəfələrlə şahidi olmuşuq ki, Hüseyn Səfərov müxtəlif təzyiqlərə baxmayaraq sonda ədalətli  qərar çıxarıb. 
Hətta, 2016-cı ildə məhkəmə prosesində Hüseyn Səfərov ona qarşı aqressiv münasibətə  baxmayaraq  sonda qaragüruhçu olan Rasim Məmmədov kimi birisini layiq olduğu yerdə otuzdurub. 
Sonra zaman da Hüseyn Səfərovun  haqlı olduğunu göstərdi  və Rasim Məmmədov  bu dəfə layiq olduğu cəzanı aldı. 
Sözümüzün  canı odur ki, hakim Hüseyn Səfərov heç bir halda  ədalət tərəzisinin gözünü əymir, onu həmişə düz saxlayır. 
Şahidi  olduğumuz sonuncu məhkəmə prosesində də hakim Hüseyn Səfərov bir daha daşıdığı  hakim adının nə qədər uca olduğunu təsdiq edərək, mediaya qarşı olan haqsız hücumun qarşısını aldı. 
Söhbət konkret bizimlə bağlı məsələdən getmir. Bu gün keçirilən məhkəmə prosesi Azərbaycanda ədalətli hakimlərin olduğunu bir daha sübut etdi. Bu haqda uzun-uzadı söhbət açmaq istəmirik. Həqiqət göz qabağında oldu.
Bu günədək neçə-neçə hakimin məhkəmə qərarı  Avropa Məhkəməsindən geri  “üzüqara” qayıdıb. 
Bu hal  Azərbaycan dövləti üçün  maddi tərəf, təzminat ödəmək deyil e, bu dövlətimizin imicinə kölgə salmaqdır. 
Bax, buna görə, biz deyirik ki, Hüseyn Səfərov kimi əsl hakimlərin qərarı  lap Avropa Məhkəməsində də üzü ağ olaraq qüvvəsində qalacaq. 
Yəni Hüseyn Səfərov kimi ədalətli hakimlər təkcə vətəndaşlarımızı deyil, həm də Azərbaycanımızı qoruyurlar. /Gundelik-baku.com/скачать dle 12.1