Aktrisa Nilperi Şahinkaya növbəti dəfə qalmaqal yaşadığı Burak Denizdən danışıb.
Tədbirlərin birində jurnalistlərin suallarını cavablandıran sənətçi həmkarını bağışlamadığını deyib:
“Müddət uzandığı üçün mənim geri addım atdığımı düşünürlər. Yox. Bu üzrlə bağlanacaq bir mövzu deyil. Bağışlamamaq üçün çox səbəbim var. Amma açıqlaya bilmərəm”.
Qeyd edək ki, bir müddət əvvəl otellərin birində Burak içkili halda Nilperi və sevgilisini narahat edib. Hətta onun ünvanına təhqirlər səsləndirib.

скачать dle 12.1