Yerli media xəbər verir ki, hadisə Qaziantep şəhərində baş verib. Gəlinin keçmiş əri və onun yaxınları toy məclisinə silahlı basqın edib. Nəticədə bəyin yaxını olan 32 yaşlı Murat Kara ölüb, 4 nəfər yaralanıb.
Daha sonra cinayətkarlar hadisə yerindən qaçıblar.
Hazırda şübhəlilərin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilir.
