"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxsi Ceyranbatan Su Təchizat İdarəsinin ehtiyacları üçün irimiqyaslı satınalma elan edib.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunda süzgəclərin yuyulması prosesində istifadə ediləcək kimyəvi reagentlərin satın alınması nəzərdə tutulur. Bu məqsədlə elan edilən tenderin ehtimal olunan qiyməti 1 054 176,60 AZN məbləğində müəyyən edilib.

Hazırda satınalma üzrə təchizatçıların müəyyənləşdirilməsi və təkliflərin qiymətləndirilməsi mərhələsinə başlanılıb.