Sabiq xarici işlər naziri Tofiq Zülfuqarov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr tarixli razılaşmadan sonra Dağlıq Qarabağın statusu məsələsi ətrafında gedən müzakirələrə aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, sabiq nazir Qarabağın yekun statusu barədə danışmağın tez olduğunu deyib:
"Bu gün hamı status haqqında danışır. Söhbət sanki eyni şeydən, əslində isə, iki fərqli məfhumdan gedir:
1. Bu, yekun statusdur. Bu status kifayət qədər uzunmüddətli nizamlanma prosesinin nəticəsində müəyyənləşməlidir. Ola bilər, danışıqlar nəticəsində müəyyənləşsin, amma ola da bilər ki, heç danışıqlar olmasın - Azərbaycan Silahlı Qüvvələrin nəzarətinə keçən bütün ərazilərdə baş verdiyi kimi.
2. Lakin Rusiya sülhməramlılarının nəzarətə götürdüyü ərazidə müvəqqəti status formalaşır. Müvəqqəti status özündə hərbi-texniki tədbirlər kompleksini və de-fakto şəraiti ehtiva edir.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, müvəqqəti status Azərbaycanın suveren hüquqlarının tam həcmdə bərpasını nəzərdə tutan yekun statusa keçidi təmin edəcək. Ona görə Rusiya, eləcə də Türkiyə sülhməramlılarına Mandat lazımdır. Bu mandat, yekun nizamlanmaya və yekun statusun əldə olunmasına qədər sülhməramlıların səlahiyyət və vəzifələrini müəyyənləşdirəcək.
Statusla bağlı mövcud vəziyyətin elmi-nəzəri təsnifatı belədir".
Qarabağın statusu necə olacaq? - Sabiq nazir mövcud vəziyyəti şərh edir
21
noyabr
18:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı