Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur.
İşsizlikdən Sığorta Fondunun gəlirlərinin 179,98 milyon manatı, yaxud 75,6%-i işsizlikdən sığorta haqları üzrə yığımın, 57,95 milyon manatı, yaxud 24,4%-i isə cari ilin sonuna qədər istifadə olunmamış vəsait hesabına formalaşacaq. Sığorta haqları üzrə yığımın 74,8%-i qeyri-büdcə sektorunun payına düşəcək.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.
İşsizlikdən sığorta fondunun gələnilki büdcəsi təsdiqləndi
05
dekabr
11:24
Qarabağ
KOMMENTLƏR
İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək
İşsizlikdən sığortaya dəyişikliklər sonuncu oxunuşdan keçdi
İşsizlikdən sığortanın gələn il üçün büdcəsi təsdiqləndi
İşsizlikdən sığortanın 2023-cü il büdcəsi təsdiqləndi
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri artırılır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı