Türkiyədə yaşayan azərbaycanlı aktrisa Aysel Nazim yeni paylaşımı ilə diqqət çəkib.
O, "Altın Kelebek"də azərbaycanlı məşhurların mükafatlandırılmasına təpki göstərib.
Aktrisa bu barədə "Facebook" hesabında türk dilində paylaşım edib:
"Niyə "Altın Kelebek"də Azərbaycan var? Türkiyədəki türklərin özləri belə, buna məəttəl qalıblar. Onlar da bunu mənasız hesab edirlər. Azərbaycanlı bloger, aktrisa və ya müğənni niyə bu mükafatı alır?
Üstəlik, hər kəs bunun pul ilə olduğunu deyir. Biri var Türkiyədəki layihən üçün bunu alasan, biri də var heç bir aidiyyətin olmaya.
Necə deyərlər, məscidin qapısı açıq olsa da, itə də bir həya lazımdır. Pulun var yaxşı, amma nə üçün bunu alıb özlərini biabır edirlər? Pul ilə rəzil olmaq bax budur".
Aktrisadan Azərbaycanın "Altın Kelebek"də iştirakına ETİRAZ
05
dekabr
15:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı