Müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək.
Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.
“İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir. Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”, - deyən dövlətimizin başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb. Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir.
İlham Əliyev: "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"
06
dekabr
13:45
Qarabağ
KOMMENTLƏR
Prezident: Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır
İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq Füzulidə əmək yarmarkası keçirilir
"Qarabağ və Şərqi Zəngəzurda 33 tunel tikiləcək" - İlham Əliyev
Azərbaycan Prezidenti: Qarabağda əsas maneə basdırılmış minalardır
Nazirdən vətəndaşların azad edilmiş ərazilərdəki fəaliyyəti ilə bağlı AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı