Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın saxlanması və daşınması qaydalarının pozulması hallarına qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən olunub. Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovlanan çöl quşları aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 5 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.
Masallıda şəhər ərazisindən "Kalaşnikov" tapıldı - FOTO
06
dekabr
17:16
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı