2023-cü ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1732,0 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 119,2 milyon ton yük, 1524,7 milyon sərnişin daşınıb. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 19,9 faiz artımın qeydə alınması deməkdir.
DSK-nın məlumatında qeyd olunur ki, sərnişinlərin 94,5 faizi avtobus, 5,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
"Yük dövriyyəsi 5,1 faiz, sərnişin dövriyyəsi isə 20,7 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,8 faiz artaraq 198,2 milyon nəfər olub, - deyə məlumatda bildirilib.
Metrodan istifadə edənlərin sayı artıb
15
dekabr
14:53
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı