Astrologiya insanların şəxsi xüsusiyyətlərinə və xarakterinə böyük təsir göstərir. Həmçinin astrologiyaya görə, bəzi bürclər riyakarlığa daha çox meylli ola bilər. İkiüzlü insanları aşkar etmək çətin olsa da, onların bəzi hərəkətləri həyatınıza təsir edəcək durumlar yaşamağınıza səbəb ola bilər.
İkiüzlü kimi tanınan bürcləri təqdim edirik:
ƏKİZLƏR
İkiüzlülükdən danışılanda bunu öz simvolunda göstərən yeganə bürc əkizlər ola bilər. Onların sözün əsl mənasında iki ağlı var. Amerikalı yazıçı Damien Exols bu barədə deyib ki, əkizlər bir dəqiqə ərzində bir şey deyib, sonra isə əksini edirlər. Əkizlər üçün anlar dəyişdikcə həqiqət də dəyişir. Əkizlər Merkuri tərəfindən idarə olunduqları üçün sürətli ağılları var, yəni düşüncələri daim yarışır, böyüyür və dəyişir. Onları hər dəfə görəndə bir mövzuda fərqli görünən fikirlərə sahib olurlar. Xoşbəxtlikdən bu fikirlər, adətən, pis niyyətli olmur.
ƏQRƏB
Bu bürc hiyləgər şöhrətə malikdir və bəzi hallarda onları ikiüzlü olmağa səbəb olur. Astroloq Emili Nyumanın sözlərinə görə, Əqrəblər məqsədlərinə çatmaq üçün hər cür yola gedəcək iddialı insanlardır. Onun fikrincə, məqsədlərinə çatmaq üçün sizi manipulyasiya etməzdən əvvəl Əqrəblər sizin ən böyük dostunuz kimi görünə bilər: “Onlar ikiüzlüdürlər, çünki əsl niyyətlərini ortaya qoymurlar. Siz Əqrəblə bunu hiss etmədən aylar, hətta illər belə keçirə bilərsiniz”.
TƏRƏZİ
Tərəzilər dillərini dinc saxlaya bilmədiklərinə görə, sirr tutmaqda çətinlik çəkirlər. Tərəzi bürcünə bir sirr haqda danışsanız, onlar bunu başqasına söyləmək üçün səbirsizlənəcəklər. Astroloqların fikrincə, onlar xəbərçilik etdiklərinə görə daha sonra həqiqətən peşman olurlar. Hətta tərəzilər inamınızı qırdıqları üçün özlərini pis hiss edə və növbəti dəfə sizə daha yaxşı olacaqlarını söyləyə də bilərlər. Lakin bu, növbəti dəfə sirr saxlaya biləcəkləri anlamına gəlmir. Nədənsə, Tərəzilər buna nəzarət edə bilmirlər. Buna görə də onları ikiüzlü dostlarınız siyahısında yuxarı sıraya yerləşdirə bilərsiniz.
Ən ikiüzlü bürclər - Diqqətli olun!
03
yanvar
14:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat