Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 3-ü saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Mingəçevirdə 16 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,6 metrə çatıb.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu 14 dərəcəyədək isti, Naxçıvan MR-da 6 dərəcəyədək isti, aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti qeydə alınıb.
Gülşad Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi 4-ü gecə saatlarından tədricən zəifləyəcək, 4-ü gündüz və 05-də arabir güclənən cənub-qərb küləyi əsəcək.
Küləkli hava müşahidə olunur, dənizdə dalğanın hündürlüyü 2,6 metrə çatıb - FAKTİKİ HAVA
03
yanvar
16:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı