O, bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.
Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.
“O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı” deyə müğənni bildirib.
Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.
_1704880465.jpg)