"Son vaxtlar ölkəmizdə COVID-19 virusuna yoluxma sayı və ölüm halları hər gün artmaqdadır. Həftənin statistikasına nəzər saldıqda, heç də ürəkaçan göstəricilərlə qarşılaşmadığımızı görərik".
Bunu Mərkəzi Gömrük Hospitalının nevroloqu Lalə İbrahimova deyib.
O bildirib ki, yoluxmaların sayı 4400-ü keçib, ölüm hallarının sayı isə hər gün 40-dan yuxarıdır: "27 sentyabrda başlamış ordumuzun erməni işğalçılarılna qarşı əks-hücumu və 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyuldu! Azərbaycan orudusu yeni tarix yazdı! Lakin unutmaq lazım deyil ki, gözəgörünməyən başqa bir düşmən – COVID-19 virusu da var. COVID-19 virusunun ölkəmizdə geniş yayıldığı bir dövrdə yaralı əsgərlərimizi xüsusilə bu virusdan qorumaq vacibdir".
Həkim qeyd edib ki, virusa yoluxduqdan sonra 7-14 gün ərzində inkubasiya dövrü müşahidə edilir: "Bu dövrdə insanda heç bir simptom olmur, lakin insan yoluxdurucu olur. Gizli dövr sayılan inkubasiya müddəti bitdikdən sonra simptomlar yaranır. Yeni növ koronavirusa yoluxmuş insanların 80%-i xəstəliyi simptomsuz, 15%-i orta-ağır və 5%-i isə ağır keçirir. Xəstəliyin ağır keçməsinin əsas səbəbi insanlarda immunitetin aşağı olması və yanaşı xəstəliklərin mövcudluğudur".
L. İbrahimova vurğulayıb ki, yaralı əsgərlərimiz stasionar müalicədən sonra evlərinə ambulator müalicə üçün göndərildikdə, insanlar onlarla kütləvi şəkildə görüşə gedirlər: "Artıq bir müddətdir ki, sosial şəbəkələrdə insanların yaralı əsgərlərin evlərinə getməsi, karantin qaydalarını pozaraq əsgərləri qucaqlayıb öpməsi, maskasız yaxın məsafədə onlarla ünsiyyət qurmasının şahidi oluram. Azərbaycanda COVID-19 virusuna yoluxanların sayının artdığı bir dövrdə bu, qəti surətdə yolverilməzdir. Yeni növ koronavirusa yoluxmuş şəxs bundan xəbərsiz və ya bu xəstəliyi yüngül keçirə bilər. Odur ki, yaralı əsgərlərimizin immunitetinin zəif olmasını nəzərə alaraq, onlarla görüşlərin təxirə salınmasını, bu görüşlərin virtual şəkildə həyata keçirilməsini xahiş edirəm. Bu, sizin yaralı əsgərlərimizə göstərəcəyiniz sevginin ən bariz nümunəsi olacaq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların ruhu qarşısında baş əyirəm, yaralı əsgərlərimizə isə tezliklə sağlamlıqlarının bərpa olunmasını arzulayıram".
Yaralı əsgərlərlə görüşlərin təxirə salınması təklif edilir
03
dekabr
14:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat