“Azərişıq” ASC-nin vətən müharibəsində döyüşən daha bir əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Səhmdar Cəmiyyətin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Ağdaş Rayon Enerji Təchizatı və Satışı idarəsində sürücü kimi çalışmış Ağdaş rayonu Şıxlı kənd sakini 1995-ci il təvəllüdlü Osmanov Əyyub Azər oğlu şəhid olub.
Sentyabrın 29-da vətənin müdafiəsinə yollanan Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən qəhrəmanın nəşi ötən gün ailəsinə təhvil verilib.
Xatırladaq ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan 44 günlük Vətən müharibəsi nəticəsində 28 illik həsrətə son qoyularaq işğal altındakı torpaqları azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında aparılan əks-hücum əməliyyatlarında “Azərişıq” ASC-nin ümumilikdə 293 əməkdaşı iştirak edib, onlardan 6-ı şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.
“Azərişıq”ın əməkdaşı şəhid oldu
17
dekabr
14:21
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı