TƏBİB adı koronaviruslu xəstə kimi elektron məlumat bazasına daxil edilən şəxslərin test nəticəsinin pozitiv aşkarlandığı tarixdən 14 gün sonra sistemdən avtomatik çıxarılması məsələsinə aydınlıq gətirib.
Qeyd edək ki, COVİD-19 virusuna yoluxmuş şəxslərin sağalma müddəti fərqli ola bilər. Bəzi şəxslər 14 günədək sağaldıqları halda, bəziləri üçün bu müddət daha uzun - 14 gündən çox ola bilər.
Hazırda vəziyyəti yüngül, orta olan, eyni zamanda xəstəliyi asimptomatik keçirən xəstələr ev şəraitində müalicə olunur. Buna görə də yalnız ev şəraitində müalicə olunan xəstələrin adları 14 gündən sonra avtomatik olaraq sistemdən çıxarılır və sağlam insan hesab edilirlər:
"Sistemdən çıxarılmamışdan əvvəl xəstədən test müayinəsi götürülmür. Əgər kimsə özünün tam sağalmadığını güman edirsə, özündə şübhəli simptomlar müşahidə edirsə, o zaman ödənişli əsasla yenidən test verə bilər".
TƏBİB-dən o da bildirilib ki, xəstəxana şəraitində müalicə olunan xəstələr test nəticəsi neqativ çıxdıqdan, yəni sağaldıqdan sonra evə buraxılırlar. Onlar xəstəxanadan evə buraxılana qədər sistemdə koronavirus xəstəsi kimi qeyd olunur və müşahidə altında saxlanılırlar.
Korona xəstələrinin adı niyə 14 gün sonra sistemdən çıxarılır?
19
dekabr
10:17
Qarabağ
KOMMENTLƏR
Baş infeksionistdən yoluxanlara çağırış: Yalnız həkim təyinatı ilə...
Bu şəxslərin testi 3 ay pozitiv çıxa bilər – XƏBƏRDARLIQ
Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Balakəndə yaşayış yerini tərk edən COVİD-19 xəstələri saxlanılıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı