Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, vəzifəli şəxslər - Cahangirli Pərviz Vasif oğlu və Kərimov Elçin Rafiq oğlunun “icaze.gov.az” portalına saxta məlumatlar daxil edərək ölkədə mövcud olan sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə vətəndaşların qanunsuz olaraq sərbəst hərəkətini təşkil etmələri faktı ilə bağlı toplanmış materiallar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Yasamal rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarları ilə hər iki şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin ediləcək.
Karantin rejiminin tələblərini pozan vəzifəli şəxslər həbs edildi
19
dekabr
12:28
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı