Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasında vəfat edən xəstənin mobil telefonu ailəsinə qaytarılmayıb.
Bu barədə “Qafqazinfo”ya mərhum Bəhram İbrahimovun həyat yoldaşı Əsmayə Qədirova məlumat verib.
O qeyd edib ki, həyat yoldaşı noyabrın 4-də sözügedən xəstəxanaya yerləşdirilib: “Biz ayın 4-dən 10 –na kimi yoldaşım telefonuyla onunla əlaqə saxlamışıq. Azercell-dən bu zənglərin tarixini də çıxara bilərik. Ayın 10-dan sonra isə ona zəng çatmayıb. Noyabrın 17-də reanimasiyaya yerləşib və 3 gündən sonra da dünyasını dəyişib. O gündən bir ay vaxt keçir. Ona məxsus olan Samsung telefonu bizə qaytarılmır. Ordakı işçilər deyirlər ki, telefon yoxdur. Həmin telefonda bizə mənəvi olaraq da lazımdır. Çünki içərisində yoldaşımdan bizə qalan xatirələr var. Ancaq nə qədər şikayət etsək də, telefondan xəbər yoxdur”.
“Qafqazinfo” məsələylə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva ilə əlaqə saxlayıb.
O qeyd edib ki, xəstəxanada xəstənin yalnız sürücülük vəsiqəsi, maşının texniki paspartu və açarları, 181 manat da pulu olub: “ Bu əşyalar da ayın 21-də xəstənin qohumu Gülnaz Paşayevaya təhvil verilib. Başqa əşya olmayıb”.
“Xəstəxanada koronavirusdan vəfat edən ərimin telefonu qaytarılmır”
21
dekabr
21:16
Qarabağ
KOMMENTLƏR
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Koronavirus xəstələrinin olduğu xəstəxanada partlayış baş verib? - AÇIQLAMA
Modul tipli xəstəxanada qəza və ya partlayış baş verməyib - FHN
"Rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar" -
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı