“Nezavisimaya qazeta”da erməni politoloq Suren İonesyanın və rusiyalı jurnalist Mixail Spasskinin imzası ilə dərc olunan məqalədə Dağlıq Qarabağ münqaişəsinin həllinə dair “Bolton planı” haqda sensasiyalı iddialar ortaya qoyulub. Yazıda Paşinyanın “Qarabağı satmaq” planları haqda da danışılır. Bəyan olunur ki, Paşinyanın vəzifələrindən biri Dağlıq Qarabağda öz adamı Mais Mailyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana təhvil verməkdir. Bu, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda görüş zamanı Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan 5 rayonunun əvəzində 5 milyard dollar almağa razılıq verib.
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Teleqraf.com-a açıqlaması zamanı bu iddiaları rədd edib. Onun fikrincə, Rusiya mediasında bu kimi yazıların ortaya çıxması bir növ Paşinyana təzyiq məqsədi daşıyır: “Əslində bu yazıda ermənilər iştahalarını nümayiş etdirirlər. Rusiyada yaşayan ermənilər əslində Paşinyanı gözdən salmaq üçün belə iddialar çıxış edirlər. Bu kimi iddialar reallıqdan uzaqdır. Bunlar işğal nəticəsində törətdikləri ziyana görə, Azərbaycana ödəyəcəkləri bir kənara, utanmadan bizdən pul gözləyirlər. Əslində bu etik çərçivəyə sığmayan haldır və pul söhbəti heç kəsin ağlına gələ bilməz. 5 milyard... Nə danışırsan? Onların qoşunlarının işğal etdikləri torpaqdan çıxarılmasının müqabilində biz onlara heç 5 milyon da vermərik. Bunlar boş cəfəngiyyatdır”.
Mütəxəssis əlavə edib ki, əslində Putinin Yerevan səfəri öncəsi rus mediasında anti-Paşinyan məqalələrinin çoxalmasının səbəbləri var: “Əvvəla Paşinyan nala- mıxa vuru. Demək olar ki, Rusiyada 2 milyondan çox erməni yaşayır və onların güclü mövqeyi var. Paşinyanın siyasəti isə Rusiyadakı ermənilərə xeyli çətinliklər yaradır. Məsələn, Moskvada ermənilərə irad tutub deyirlər ki, gedin bu adamı ağıla gətirin. Yəni ermənilərin Rusiya hakim dairələri ilə əlaqələrinə də ziyan dəyir. Bu səbəbdən də Rusiyada olan ermənilər Paşinyana təzyiqi artırır. İndi bunun nə dərəcədə faydalı olacağını demək çətindir. Düşünmürəm ki, bu cür yazılarla Paşinyana təsir etmək mümkün olsun. Amma Rusiyanın əlində təsiri ola biləcək daha güclü rıçaqlar var. Hərbi cəhətdən ermənilərin şişməsinə pauza versə, dərhal erməni tərəfi yumşalacaq. Və ya Rusiya Ermənistanın nüvə elektrik stansiyasının modernləşdirilməsinin maliyyə yükünü boynuna götürüb. Söhbət Ermənistana 300 milyon dollardan kredit güzəştindən gedir. Rusiya bu maliyyəni dayandırsa Yerevan dərhal yumşalacaq. Yəni Moskvanın Yerevana ciddi təsir etmək üçün rıçaqları var, sadəcə hələlik bundan istifadə etmir. Əvəzində Paşinyana informasiya çimdikləri edir. Amma bu cür çimdiklərlə Paşinyanı indiki siyasətindən geri çəkilməsinə nail olunacağını düşünmürəm”.
5 milyard dollar qarşılığında 5 rayon? - Rasim Musabəyovun şərhi
28
sentyabr
12:30
Qarabağ
KOMMENTLƏR
Bolton planı: 5 rayon qaytarılır, əvəzində... – Sensasion iddia
Nikolun müharibə planı: 7 rayonu uduzur…
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
“Qarabağı ancaq bu iki yolla qaytarmaq olar” – Şok müsahibə
Rusiyalı tarixçi erməni millətçinin cinayətkar fəaliyyəti ilə bağlı yeni faktlar yayıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı