Son bir-iki ay ərzində koronavirusun mutasiyadan əvvəlki formadan daha sürətli yayıldığı müşahidə edilir.
Bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, virusun yeni ştammının yayılma sürəti əvvəlkindən 70 faiz çoxdur: “Əslində, COVİD-19 ortaya çıxandan indiyədək onun 4000-ə yaxın mutasiyası baş verib. Amma bu mutasiyaların xüsusiyyətləri arasında ən əhəmiyyətlisi onun yayılma dərəcəsinin daha da artması ilə bağlıdır”.
A.Allahverdiyev qeyd edib ki, yeni növ viruslar orqanizmdəki endotel hüceyrələrə daha asan daxil olur və ona daha sıx bağlanır:
“İndi orqanizmə daha çox virus daxil ola bilir. Orqanizmə nə qədər çox virus daxil olarsa, onun yoluxma səviyyəsi də bir o qədər çox olur. Ola bilər ki, yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafəyə də daha çox riayət etmək lazımdır. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox uzaq məsafədə durmaq lazımdır". (Trend)
Koronavirus indi daha sürətlə yayılır
22
dekabr
12:26
Qarabağ
KOMMENTLƏR
"Vaksinasiya ilə virusu əngəlləyə bilərik" - Adil Allahverdiyev
Azərbaycanda karantinin sərtləşdirilməsi ilə bağlı xəbərdarlıq
“Maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər” - Akif Qurbanov
COVID-19-un yeni növü yüksək sürətlə yayılır
"Yaşlı şəxslər arasında koronavirusa yoluxma artıb" - Həkim
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı