AMEA-nın Geologiya və Geofizika İnstitutunun “Geoloji-geofiziki elmlərin tarixi” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Hikmət Mahmudov 84 yaşında dünyasını dəyişib.
GGİ-də1966-cı ildən işləyən Hikmət Mahmudovun rəhbərlik etdiyi şöbə əsasən petrologiya və metallogeniya sahələrində Azərbaycanda aparılan elmi istiqamətlərin inkişafı prosesinin müəyyənləşdirilməsi, geoloji elmlərin tarixinin ayrı-ayrı sahələr üzrə öyrənilməsi, aparılan tədqiqat işlərinin elmi təhlilinin verilməsi, onların mərhələlər üzrə sistemləşdirilməsi, Azərbaycanın qeyri-filiz faydalı qazıntılarının geokimyəvi xüsusiyyətlərinin və tətbiq sahələrinin öyrənilməsi və onların müasir elmi səviyyədə araşdırılması üzərində işləyib.
Belə ki, ölkədə petrologiya və metallogeniya sahələri üzrə 1930-1970-ci illərdə aparılmış elmi-tədqiqat işlərinə dair 2000-dən çox lazımi elmi materiallar əldə edilib, sistemləşdirilmiş və onlar üzərində elmi araşdırmalar aparılıb. Həmçinin bu və digər işlər üzrə Azərbaycanın müxtəlif geodinamik mənşəli regionlarında aparılmış elmi-tədqiqat işləri müasir elmi səviyyədə təhlil olunaraq onların inkişaf xüsusiyyətləri mərhələlər üzrə verilmişdir. Eləcə də perlitlərin, habelə kənd təsərrüfatında, kimya sənayesində, ekologiyada, yeyinti, tikinti və digər sahələrdə tətbiq olunması prosesləri sınaqdan keçirilmiş və müsbət nəticələr əldə edilərək bir neçə müəlliflik şəhadətnamələri alınıb.
Qocaman alim həm də poeziya vurğunu idi. Bir neçə şeir kitabı işıq üzü görüb.
Qeyd edək ki, AMEA-nın Folklor İnstitutu Folklor və Yazılı Ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev də bu gün dünyasını dəyişib.
Bir gündə AMEA-nın iki alimi dünyasını dəyişdi
24
dekabr
16:09
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı