Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.
Sosial şəbəkələrdə gedən müzakirələrdə izləyicilərin əsas iradı K.Zeynallının şərəfinə Azərbaycan əsgərinin sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə qarşı idi.
Məsələ ilə bağlı “24saat.org“-un sorğusuna verdiyi cavabda Müdafiə Nazirliyi bildirib ki, Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin Azərbaycan əsgərini sıraya düzməsinin heç bir əsası yoxdur.
Nazirlik həmçinin bildirib ki, adıçəkiləm şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heş kimdən icazə almayıb. MN “Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?” sualımıza da “xeyr” cavabını verib.
Xatırladaq ki, son günlər K.Zeynallı həm də Azərbaycan əsgərini sıraya düzərək müxalifətçi liderlərdən olan Tofiq Yaqublunun da ünvanına təhqiramiz ifadələr işlədib.
Əlbəttə, belə olan təqdirdə Kamil Zeynallının “Facebook” profilindən götürərək təqdim etdiyimiz videgörüntülərin necə ərsəyə gəldiyi, harda və hansı əsasla çəkildiyi barədə suallar açıq qalır.
Qeyd edək ki, məsələni ictimailəşdirən Gununsesi.info da Müdafiə Nazirliyindən bu suala cavab istəsə də nail ola bilməmişdi. Ancaq nazirliyin təkzibinə baxmayaraq, yayılan fotolarda Kamilin əsgərləri sıraya düzdüyü görünür.
“Kamilin əsgərləri sıraya düzməsinin heç bir əsası yoxdur” - Müdafiə Nazirliyi
05
yanvar
10:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı