Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci ildə Vergi Məcəlləsində dəyişikliklər edilərək, bir sıra sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müvəqqəti vergi rejimi tətbiq edilib.
Dövlət Vergi Xidmətindən daxil olan xəbərdə bildirilir ki, müvəqqəti vergi rejimi pandemiyadan zərər çəkmiş ictimai iaşə fəaliyyəti sahəsini də əhatə edib, bu sahədə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyicilərinin vergi məbləği üzrə 50 faiz güzəşt verilib. Həmçinin ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı müraciət etmə müddəti 2020-ci ilin 1 sentyabrınadək uzadılıb. Edilmiş müraciət əsasında həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və təqdim edilən mallara və xidmətlərə müvəqqəti vergi rejiminin müddəaları tətbiq edilir. Müvəqqəti vergi rejiminin müddəti 2021-ci il yanvarın 1-də başa çatıb.
Sadələşdirilmiş vergi ödəyicisi olan və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər bu müddət bitdikdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərlərsə, sahibliyində qalan mallara görə vergi orqanına müəyyən olunmuş formada məlumat təqdim etməlidirlər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən belə vergi ödəyiciləri tərəfindən təqdim edilməli olan “Sadələşdirilmiş vergi ödəyicisi olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 01.01.2021-ci il tarixdən sonra ƏDV qeydiyyatında fəaliyyətini davam etdirərkən sahibliyində qalan ictimai iaşə fəaliyyəti üçün alınmış mallar barədə” Məlumat Forması təsdiq edilib və Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Məlumatın təqdim edilməsi sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV-si əvəzləşdirilməyən malların təqdim edilməsi zamanı yenidən ƏDV-yə cəlb edilməməsi, yəni eyni mala görə 2 dəfə ƏDV-nin ödənilməsi yükünün vergi ödəyicisinin üzərində qalmaması məqsədini daşıyır. Təqdim edilən məlumatda göstərilən malların sonradan təqdim edilməsi, o cümlədən ictimai iaşə xidmətlərinin tərkibi kimi silinməsi ƏDV tutulan dövriyyə hesab edilməyəcək.
ƏDV ilə bağlı vacib açıqlama
05
yanvar
16:07
Qarabağ
KOMMENTLƏR
Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək
Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir
Dövlət sahibkarlara avqust ayında nə qədər vəsait ödədi?
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı