“Koronavirusa yoluxmada müşahidə edilən azalmalar nisbidir. Bayram günlərində götürülən test sayları az olub. Qəti qərar üçün qarşıdakı bir həftəni də gözləməliyik. Əgər azalmalar bu temdə davam edərsə, 18 yanvardan sonra karantin yumşaldıla bilər”.
Bunu açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
M.Quliyev pandemiyanın başa çatacağı vaxtla bağlı anons da verib:
“Düşünürəm ki, yaxın vaxtlarda vaksinasiya başlayandan sonra virusa yoluxma daha da azalacaq. Mən hesab edirəm ki, bu ilin aprelinə qədər koronavirus pandemiyasından qurtara bilərik. Amma lazımdır ki, hamı vaksinasiyaya cəlb olunsun”.
Hansı vaksinin daha effektli və məqsədəuyğun olmasına gəlincə, komitə sədri deyib ki, bununla müvafiq qurumlar məşğul olacaq:
“TƏBİB, Səhiyyə Nazirliyi, Operativ Qərargah birgə qərarla hansı peyvənddən istifadə ediləcəyini müəyyənləşdiriblər. Burada vaksinin keyfiyyəti, etibarlılığı, qiyməti, yanaşı təsirlərinin az olması nəzərə alınıb.
Bununla belə mən təklif edərdim ki, özəl sektora şərait yaradılsın və seçim üçün digər vaksinlər də ölkəyə gətirilsin. Dövlətin gətirdiyi vaksin pulsuz olacaq bu, öz yerində. Amma Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeydə alınan və tövsiyə olunan başqa vaksinlərin də ölkəyə gətirilməsi sərbəst olmalıdır. Bazar iqtisadiyyatıdırsa, vətəndaşa özəl sektorun imkanlarından da istifadə imkanı verilməlidir. Yəni kimsə dövlətin təklif etdiyi vaksini yox, öz hesabına özəl müəssisənin təklif etdiyi vaksini vurdurmaq istəyəcəksə, buna mütləq şərait yaradılmalıdır”.
Bu halda 18 yanvardan sonra karantin yumşaldıla bilər – Deputat
06
yanvar
14:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı