Tanınmış prodüser, teleaparıcı Tarix Əliyevin (Tolik) İkinci Qarabağ Müharibəsində dili tutulan əsgərimizi təhqir etməsi son günlər ən çox müzakirə edilən mövzuya çevrilib.
T.Əliyev “İnstagram”da bağlantı quraraq hərbiçimizdən canlı yayımda kömək istəməsini tələb edib . O, danışma qabiliyyətini itirən əsgərimizə qarşı xoş olmayan ifadələr işlədib.
Bu hərəkətinə görə tənqid atəşinə tutulan prodüsser daha sonar açıqlamasında əsgərlə zarafat etdiyini, həmin sözləri ərkyana işlətdiyini bildirib.
Tolik bu dəfə sözügedən əsgərin dilinin açılması ilə bağlı paylaşım edib. O, əsgərlə telefonda danışaraq görüntüləri bölüşüb:
“Dostlar, Əli danışdı, bu mənim üçün ən böyük hədiyyə oldu. Bəzi ağzıgöyçəklərə cavabı Əli özü verdi. Amma, dostlar. Əli cığallıq eləyir, deyir ki, danışdım, telefonumu ver. Deyirəm, mən sənə demişdim bir günə danış, sən altı gün sonar danışmısan”.
Həmin görüntüləri təqdim edirik:
Əsgərimizin dili açıldı - Video
07
yanvar
11:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı