Borclu olması səbəbindən deputat mandatını girov qoyub, daha sonra mandatı əlindən alınan Rafael Cəbrayılov nə vətəndaşlara vurduğu maddi zərəri ödəyib, nə də ona qarşı açılan cinayət işində bir irəliləyiş var.
Yenicag.az xəbər verir ki, vətəndaşlara külli miqdarda ziyan vurduğu üçün keçmiş deputat Rafael Cəbrayılovun barəsində 7 aydan çoxdur ki, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.
Maraqlıdır ki, 7 ay ərzində istintaq hərəkətsizlik nümayiş etdirir.
Rafael Cəbrayılov dələduzluq yolu ilə onlarla vətəndaşın bir neçə milyon pulunu yeyib. Şikayətçilər var, mətbuatda da bu barədə saysız-hesabsız məqalələr dərc olunub. Hər şey ortada olsa da, müstəntiqlər hərəkətsiz qalmaqda davam edir. Əldə etdiyimiz məlumata görə, ötən 7 ay müddətində keçmiş deputat bir dəfə də olsun dindirilməyib.
Rafael Cəbrayılov zamanında deputat idi və toxunulmazlığı vardı. Hazırda müstəntiqlər Rafael Cəbrayılova niyə toxuna bilmir, bu, çox maraqlıdır. Keçmiş deputat toxunulmazlığı haradan alır? İstintaqın fəaliyytsizliyi deməyə əsas verir ki, Rafael Cəbrayılov haqqında açılan cinayət işi formal xarakter daşıyır.
İşə baxan müstəntiq Ceyhun Rzayev müxtəlif bəhanələrlə şikayətçiləri yola verməklə məşğuldur. Gah deyir, COVID-19-a yoluxmuşam, gah da məzuniyyətdə olduğunu bildirir. 7 ay ərzində müstəntiq heç bir addım atmayıb. Müstəntiq hətta “işim çoxdur, ona görə bu işin üstünə gələ bilmirəm”, deyir. Maraqlıdır, Azərbaycanda milyonluq işlər bu qədər çoxdur? Şikayətçilər hətta işin Ceyhun Rzayevdən alınıb, başqa bir müstəntiqə verilməsi ilə bağlı ölkə rəhbərliyinə də şikayət ərizəsi ilə müraciət ediblər.
İstintaqın hərəkətsizliyi zərərçəkənlərin əsəblərini tarıma çəkməkdədir. Onlarla vətəndaşa vurulan maddi zərərin ödənilməsi qeyri-müəyyən müddətə qədər uzanır. Mandatını girov qoyub, mandatı əlindən alınan Rafael Cəbrayılov isə heç nə olmamış kimi həyatını yaşayır.
Rafael Cəbrayılov necə “toxunulmaz” oldu? - ŞOK DETALLAR
16
yanvar
11:59
Qarabağ
KOMMENTLƏR
Mandatını girov qoyan keçmiş deputatın “yeriməyən” İSTİNTAQI: - Rafael Cəbrayılovu kim və necə himayə edir?
Rafael Cəbrayılovun deputat toxunulmazlığı götürüldü - RƏSMİ
Məhkəmə Rafael Cəbrayılovun iddiasını rədd etdi: Yalan məlumat verib
Ali Məhkəmə mandatını girov qoyan deputatla bağlı QƏRAR VERDİ
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı